Dünya

Gürcüstanda qasırğa: Ölən var – VİDEO

Sharing is caring!


Gürcüstanın qərbindəki Acarıstan Muxtar Respublikasının Kobuleti kurort şəhərində qasırğalı küləklər nəticəsində azı bir nəfər ölüb.

Məlumata görə, külək ağacı içərisində sürücü olan maşının üzərinə aşırıb. Hadisə yerinə gələn xilasedicilər və təcili tibbi yardım kişinin öldüyünü aşkarlayıb.

Güclü külək Acarıstanın daha bir kurort şəhərində – Batumidə problemlər yaradıb. Sürəti 30 m/s-ə çatan külək evlərin dam örtüyünü qoparıb, ağacları qırıb. Batumidə küləyin evkalipt ağaclarını yıxması səbəbindən Fridon Xalvaşi prospekti ilə nəqliyyatın hərəkəti dayandırılıb.

Külək 2024-cü il Avropa çempionatının seçmə turnirində Gürcüstan və Norveçin futbol komandalarının çıxış etdiyi Batumi stadionunun dayanacağındakı hasarları da uçurub. Bir neçə avtomobilə ziyan dəyib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir