Dünya

ABŞ Bəşər Əsədin yaxın qohumlarına qarşı sanksiyalar tətbiq etdi – FOTO

Sharing is caring!


ABŞ Maliyyə Nazirliyi Suriya Prezidenti Bəşər Əsədin yaxın qohumlarına qarşı sanskiyalar tətbiq edib.

Bu barədə nazirliyin bəyanatında bildirilib.

Qeyd edilib ki, ABŞ təhlükəli amfetamin olan kaptaqonun istehsalında və ya ixracında iştirak etdiklərinə görə altı nəfərə qarşı yeni sanksiyalar tətbiq edib. Onların içində Suriya Prezidenti Bəşər Əsədin iki əmisi oğlu (dayısı oğlu) da var.

Bəyanatda kaptaqon ticarətinin bir milyard dollar dəyərində qiymətləndirildiyi nəzərə çatdırılıb. Sanksiyalar isə livanlı narkotik tacirlərinin rolunu və Əsəd ailəsinin Suriya hökumətini maliyyələşdirməyə kömək edən kaptaqon ticarətində üstünlüyünü vurğulayır.

“Suriya güclü asılılıq yaradan kaptaqon istehsalında dünya lideri olub, onun böyük hissəsi isə Livandan keçir”, – deyə Maliyyə Nazirliyinin Xarici aktivlərə nəzarət idarəsinin direktoru Andrea M. Qaki bildirib.

“Biz müttəfiqlərimizlə birlikdə Bəşər Əsəd rejimini narkotik vasitələrdən və digər maliyyə resurslarından qeyri-qanuni gəlirlərlə dəstəkləyən hər kəsi məsuliyyətə cəlb edəcəyik. Bu vəsaitlər Suriya rejiminin xalqa qarşı repressiyalarını davam etdirməsinə imkan verir”, – deyə Qaki əlavə edib.

Mənbə: Al-Arabiya

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir