Dünya

AVRO-2024: Türkiyə Xorvatiyaya məğlub oldu, İspaniya Şotlandiyada şok yaşadı – VİDEO

Sharing is caring!


AVRO-2024-ün seçmə mərhələsində II tura yekun vurulub.

Oxu.Az xəbər verir ki, son oyun günündə üç qrupda ümumilikdə 7 matç keçirilib.

İlk turda səfərdə Ermənistana qalib gələn Türkiyə millisi Xorvatiyanı qəbul edib. Qarşılaşma xorvatların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Xorvatiyanın qollarına Mateo Kovaçiç 20 və 45+4-cü dəqiqələrdə imza atıb.

A qrupunun favoriti İspaniya Şotlandiyanın qonağı olub. Bu görüşdə sürpriz nəticə qeydə alınıb. İspanlar gözlənilmədən 0:2 hesablı məğlubiyyətlə üzləşiblər.

Şotlandiyanın hər iki qolunu Skot Maktominey vurub.

AVRO-2024

Seçmə mərhələ
II tur

28 mart

A qrupu

Gürcüstan – Norveç – 1:1
Qollar:
Mikautadze, 60 – Sörlot, 15

Şotlandiya – İspaniya – 2:0
Qollar:
Maktominey, 7, 51

D qrupu

Türkiyə – Xorvatiya – 0:2
Qollar:
Kovaçiç, 20, 45+4

Uels – Latviya – 1:0
Qol:
Mur, 41

İ qrupu

İsveçrə – İsrail – 3:0
Qollar:
Varqas, 39, Amduni, 48, Vidmer, 52

Rumıniya – Belarus – 2:1
Qollar:
Stançiu, 17, Burça, 19 – Morozov, 86

Kosovo – Andorra – 1:1
Qollar:
Jeqrova, 59 – Rosas, 61

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir