Dünya

“Alibaba”nın Çindən qaçan qurucusu geri qayıtdı

Sharing is caring!


“Alibaba”nın qurucusu Cek Ma bir ildən də çox müddətdən sonra Çinə qayıdıb.

Bu barədə “South China Morning Post” öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, Cek Ma “Alibaba”nın baş qərargahının yerləşdiyi Xançjou şəhərində (şərqi Çjetszyan əyaləti) təsis etdiyi məktəbə baş çəkib, müəllim və şagirdlərlə görüşüb, onlarla süni intellektə malik çatbotların tədris planı və innovativ texnologiyaları müzakirə edib.

Qeyd edək ki, 2020-ci ilin oktyabrında Şanxayda keçirilən konfransda çıxışı zamanı Çin tənzimləyicilərini tənqid etdikdən və dövlət banklarını lombard zehniyyətində ittiham etdikdən bir həftə sonra Çin hökuməti “Ant Group” (Manın fintex şirkəti) listinqini dayandırıb, paralel olaraq “Alibaba Group”a qarşı istintaq başladıb. Bundan sonra milyarder uzun müddət yoxa çıxıb. 2021-ci ildə Çin hakimiyyəti antiinhisar pozuntularına görə “Alibaba”nı rekord məbləğdə – 2,8 milyard dollar cərimələyib. Nəhayət, 2022-ci ilin noyabrında Ma şəxsi aşpazı, cangüdənləri və ailəsi ilə birlikdə Çini tərk edərək Yaponiyaya yollanıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir