Dünya

Boris Consonun hamilə nişanlısı özünütəcriddədir – COVID-19-un simptomları aşkar edildi

Sharing is caring!

Britaniyanın Baş naziri Boris Consonun hamilə nişanlısı Kerri Saymonds özündə koronavirusun əlamətlərini aşkar edib.

Bu barədə o, özünün “Twitter” hesabında yazıb.

“Mən ötən həftəni koronavirusun əsas simptomları ilə yataqda keçirdim. Test etməyə ehtiyac yoxdur. Yeddi gün istirahət etdikdən sonra özümü daha yaxşı hiss edirəm və  artıq sağalmağa doğru gedirəm”, – deyə Saymonds yazıb.