Dünya

Dünya çempionu barədə şok iddia: Mundialda oynamaq üçün cadugər yanına gedib

Sharing is caring!


Argentina millisinin üzvü Alexandro Papu Qomes 2022-ci ildə keçirilən dünya çempionatında iştirak etmək üçün qəribə üsula əl atıb.

İddiaya görə, “Sevilya”nın yarımmüdafiəçi bu məqsədlə cadugər yanına gedib. O, Argentina yığmasının heyətində yer almaq üçün “Vilyarreal”da çıxış edən millidən komanda yoldaşı Covanni Lo Çelsonun zədəsinin sağalmasını ləngitmək üçün bu yola əl atıb. Qomes inanırmış ki, bu, ona millinin heyətində yer almağa kömək edəcək.

35 yaşlı yarımmüdafiəçi DÇ-2022-yə yollanıb və hətta turnirdə iki oyun da keçirib.

Yığmada futbolçunun cadugərdən istifadə etdiyi məlum olduqdan sonra o, Panama və Kurasao ilə yoldaşlıq görüşləri üçün heyətdən çıxarılıb. Qomesin özü sosial şəbəkələrdə komandadan uzaqlaşdırılmasına səbəb kimi zədəli olmasını bildirib.

Xatırladaq ki, Argentina millisi Qətərdə keçidilən mundialın qalibi olub.

Mənbə: soyelcapitano.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir