Dünya

Ərdoğan yağışda islanan finlandiyalı jurnalistə ayaqqabı hədiyyə etdi – FOTO/VİDEO

Sharing is caring!


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Finlandiya Prezidenti Sauli Niinistonun Türkiyəyə səfərini müşayiət edib yağışda islanan finlandiyalı jurnalistə ayaqqabı hədiyyə edib.

Ankarada təsirli olan yağış mərasim zamanı da davam edib. Qarşılama mərasimini izləyən jurnalistlər də yağışın altında qalıblar.

Mərasimdə islanan finlandiyalı jurnalistlərdən biri Prezident Ərdoğanın diqqətini çəkib.

Ərdoğan şəxsi katibi Hasan Doğana jurnalistə ayaqqabı verilməsi ilə bağlı göstəriş verib.

Türkiyə lideri mərasimdən sonra jurnalistlə yenidən görüşüb. O, Hasan Doğandan ayaqqabı ölçülərin uyğun gəlib-gəlmədiyini soruşub.

“Ayaqqabıları gətirdirik, bunları yeniləmək lazımdır”, – deyə Ərdoğan Niinistöyə bildirib.

Mənbə: TRTHaber

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir