Dünya

ABŞ-da kişi Sezarın geyimində məktəbə gəlib

Sharing is caring!

Nyu-Hempşirdə iki uşaq atası Roma imperatoru qiyafəsində məktəb şurasının iclasına gələrək qadın olduğunu iddia edib.

O, amerikalı məktəb müəllimlərinin gender siyasətinə etiraz edib.

Maykl Qulyelmo özünü imperator və qadın adlandırıb. O, buna inanmağın gülünc olduğunu bildirib.

Kişi dərsə qadın geyimində gələn məktəb direktoru və rəsm müəllimlərinin işdən çıxarılmasını istəyib.

“Sizin vəzifəniz uşaqların mənafeyinə uyğun hərəkət etməkdir. Yalanı yox, həqiqəti öyrədin. Faktları, uydurmamaları deyil. Biologiyanı tədris edin, sosial gündəmi deyil”, – deyə qəzəblənən valideyn məktəb rəhbərliyinə müraciət edib.

Buna cavab olaraq təhsil müəssisəsinin rəhbərliyi heç bir əsasla ayrı-seçkiliyi alqışlamadığını və kişinin tələblərini qanuni saymadığını, rayon rəhbərliyinin “nifrət və ayrı-seçkiliyin bütün formalarını rədd etdiyini” və öz icmasındakı müxtəliflikdən “zövq almağa” çalışdığını bildirib.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir