Dünya

İran Rusiyadan Su-35 qırıcıları aldığını elan etdi

Sharing is caring!

İranın BMT-dəki nümayəndəliyi ölkənin Rusiyadan Su-35 qırıcıları aldığını açıqlayıb.

Məlumata görə, İran artıq Rusiyada təyyarələrin alınmasına dair müqavilənin imzalanmasını başa çatdırıb.

Qeyd olunub ki, son bir ildə İran Rusiya ilə müxtəlif sahələrdə, o cümlədən hərbi sahədə əlaqələrini xeyli genişləndirib.

Öz növbəsində ABŞ dəfələrlə İran və Rusiya arasında hərbi əməkdaşlığın genişlənməsindən narahatlığını bildirib.

Xatırladaq ki, dekabrın sonunda Qərb kəşfiyyatı Rusiyanın “kamikadze dronları” müqabilində İrana 24 ədəd Su-35 qırıcısı ötürmək niyyətində olduğunu bildirmişdi.

Mənbə: rbc.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir