Dünya

İsveçrə kəndinə yaşamaq üçün köçənlərə 60 min dollar ödənəcək – FOTO

Sharing is caring!

İsveçrə kəndinin səlahiyyətliləri yaşamaq üçün ora köçənlərə 60 min dollar ödəyəcəklərini vəd edirlər.  

Rəsmilər ümid edirlər ki, bu yolla əhalinin sayının azalmasının qarşısını ala biləcəklər.

Bildirilir ki, proqram Alp dağlarında 1300 metr yüksəklikdə yerləşən Albinen kəndini əhatə edir. Bu kənd tədricən yox olmaq təhlükəsi ilə üzləşir. Belə ki, bütün yerli əhali İsveçrənin digər böyük şəhərlərinə köç etməyə başlayır. 2020-ci ilin sonunda siyahıyaalma aparılarkən kənddə cəmi 243 nəfər yaşayırdısa, indi bu rəqəm daha da azdır.

Bununla belə köçmə subsidiyasını almaq istəyənlər qarşısında bir sıra tələblər qoyulur. Proqramda yalnız 45 yaşdan kiçik vətəndaşlar iştirak edə bilər, həmçinin İsveçrə vətəndaşlığı və ya yaşayış icazəsi də tələb olunur. Bundan əlavə, köç edənlər kənddə ən azı 216 min dollar dəyərində ev tikməli və 10 il ərzində Albinendə yaşamalıdırlar, əks halda ödəniş geri qaytarılmalıdır.

Mənbə: Gazeta.ru  

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir