Dünya

Çamadandan yapışqan lentlə sarılmış meyit çıxdı

Sharing is caring!

Yol kənarında tapılan çamadanda bütün bədəni yapışqan lentlə sarılmış meyit tapılıb.

“HaberGlobal”ın məlumatına görə, dəhşətli hadisə İstanbulda baş verib.

Bildirilir ki, Polis İdarəsinin qarşısında şübhəli çanta aşkarlanıb. Hüquq mühafizəçiləri şübhəli əşyanı yoxlamaq üçün minaaxtaranlara məlumat veriblər.

Mütəxəssislərin yoxlamasından sonra çamadanın içindən bütün bədəni yapışqan lentə sarılmış 35-40 yaşlarında kişiyə aid meyit tapılıb.

Cəsəd ekspertizaya göndərilib. Hadisə ilə əlaqədar istintaqa başlanılıb.