Dünya

DNT və ovuc izləri: Yenilənmiş Şengen informasiya sistemi istifadəyə verildi

Sharing is caring!

Yenilənmiş Şengen İnformasiya Sistemi (SIS) rəsmi olaraq martın 7-də istifadəyə verilib. O, 30 Avropa ölkəsində sərhəd nəzarəti və hüquq-mühafizə sahəsində əməkdaşlığı dəstəkləyir.

Yenilənmiş SIS-ə yeni yoxlama alətləri daxil olacaq.

Şengen İnformasiya Sistemi hakimiyyət orqanlarının tələbi ilə axtarışda olan və itkin düşmüş şəxslər haqqında məlumatları toplayır və təqdim edir. Həmçinin – Aİ-də qalmaq hüququ olmayan üçüncü ölkə vətəndaşları, itirilmiş əşyalar (avtomobillər, sənədlər, silahlar) haqqında daha çox məlumatı özündə əks etdirir.

Avropa Komissiyasının press-relizinə əsasən, yenilənmiş SIS dünyanın ən qabaqcıl sərhəd nəzarəti sisteminin bir hissəsi olacaq. Burada biometrik məlumatlar – tam ovuc izləri və DNT qeydləri, həmçinin digər məlumatlar əks olunur.

Mənbə: rbc.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir