Dünya

Belarusda prezidentliyə keçmiş namizədə qiyabi 15 il həbs cəzası verilib

Sharing is caring!

Minsk şəhər məhkəməsi Belarusda prezidentliyə keçmiş namizəd Svetlana Tixanovskayaya qiyabi 15 il həbs cəzası kəsib.

Məhkəmə siyasətçini dövlətə xəyanətdə, hakimiyyəti zorla ələ keçirməyə cəhddə, ekstremist birləşmə yaradaraq ona rəhbərlik etməkdə təqsirli bilib.

Qeyd edək ki, dövlət ittihamçısı Tixanovskayanın 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Məlumat üçün əlavə edək ki, Svetlana Tixanovskaya 2020-ci ilin 11 avqustunda Belarusu tərk edərək Litvaya mühacirət edib və hazırda da bu ölkədə yaşayır.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir