Dünya

BAEA yenə Zaporojye AES-in ətrafında təhlükəsizlik zonası ilə bağlı danışdı

Sharing is caring!

“Zaporojye Atom Elektrik Stansiyasındakı vəziyyət orada təcili olaraq təhlükəsizlik zonasının yaradılmasına ehtiyac olduğunu göstərir”.

Bu barədə Beynəlxalq Atom Enerjisi üzrə Agentliyin (BAEA) Baş direktoru Rafael Qrossi deyib.

“Mən hər iki tərəflə məsləhətləşmələrimi intensivləşdirdim və bu mühüm tədbirə gecikmədən nail olmaq üçün davamlı fəal dəstəyinizi gözləyirəm”, – deyə o bildirib.

Xatırladaq ki, fevral ayında da Qrossi Zaporojye AES ətrafında vəziyyətin qeyri-sabit və gözlənilməz olaraq qaldığını qeyd edərək, obyektin ətrafında təhlükəsizlik zonasının yaradılmasının vacibliyini vurğulayıb.

Zaporojye AES – Avropanın ən böyük atom elektrik stansiyasıdır, altı ədəd VVER-1000 enerji blokuna malikdir. Son məlumatlara görə, onlardan ikisi işləyir (lakin isti dayanma rejimində – yalnız istilik təchizatı üçün). Stansiya 11 sentyabr 2022-ci ildən elektrik enerjisi istehsal etmir.

Mənbə: İzvestiya

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir