Dünya

Rotterdamda partlayış: Bir sıra evlər boşaldıldı

Sharing is caring!

Niderlandın Rotterdam şəhərinin qərb hissəsindəki bir neçə ev partlayışdan sonra uçmaq təhlükəsi səbəbindən tələsik şəkildə təxliyyə edilib.

Yanğınsöndürmə briqadası binanın uçmaq təhlükəsi ilə üzləşdiyini aşkar etdikdən sonra təxliyə başlayıb.

Bölgə üzrə təhlükəsizlik rəsmisinin sözlərinə görə, binalar pilotsuz uçan aparat vasitəsilə bütün mümkün bucaqlardan yoxlanılıb. Baxış göstərib ki, üç binanın fasadı binanın qalan hissəsindən ayrılıb.

Hazırda zirzəmidə bünövrədə uçmanın izlərinin olub-olmadığı araşdırılır.

Qeyd olunur ki, çökmə təhlükəsi səbəbindən avtomobil və ictimai nəqliyyat, məsələn, bəzi tramvay xətləri üzrə hərəkət dayandırılıb.

Mənbə: rossaprimavera.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir