Dünya

Kanada dövlət qulluqçularına “TikTok”u qadağan etdi

Sharing is caring!

Kanada hökuməti təhlükəsizlik səbəbi ilə martın 1-dən dövlət qulluqçularına verilən mobil cihazlarda Çin sosial şəbəkəsi “TikTok”dan istifadəni qadağan edib.

Məlumata görə, Ottava qərarı rəsmən fevralın 28-də elan edəcək.

Qeyd olunur ki, dövlət qulluqçuları mobil cihazlarında Çin tətbiqini silməlidirlər. Belə ki, Kanada hökumətinin informasiya təhlükəsizliyi üzrə ekspertlərinin fikrincə, “TikTok” tətbiqində istifadə edilən məlumat toplama üsulları istifadəçiləri kiberhücumlara qarşı həssas edə bilər.

Bildirilir ki, müvafiq direktiv artıq bazar ertəsi Kanada Xarici İşlər Nazirliyinin əməkdaşlarına göndərilib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir