Dünya

Bağçada azyaşlıya təcavüz etmək istədilər

Sharing is caring!

Rusiyanın Omsk vilayətində bağçada azyaşlıya təcavüzə cəhd olunub.

MK-nın xəbərinə görə, bu barədə beş yaşlı qızın anası polisə müraciət edib.

O bildirib ki, bağçaya dəvət edilən fotoqraf kişi qızına qarşı seksual xarakterli hərəkətlər edib.

Araşdırma zamanı həmin şəxsin kimliyi müəyyənləşdirilib.

Onun 41 yaşlı Omsk sakini olduğu məlum olub. Həmin şəxs istintaqa cəlb edilib.

Faktla bağlı bağçadakı uşaqlar və onların valideynləri sorğu-sual olunub. Bağça rəhbərliyi isə məsələyə aydınlıq gətirməyib.