Dünya

Ukraynada şəhərlər, qəsəbələr yer üzündən silinə bilər – VİDEO

Sharing is caring!

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, Ukrayna Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin yaydığı məlumata görə, fevralın 23-24-də Kiyevə, eləcə də cəbhədənkənar vilayətlərə raket hücumları gözlənilir.

“Hücumun o qədər də güclü olmayacağı deyilir. Bu da onunla izah edilir ki, Rusiya ordusunun artıq genişmiqyaslı hücum üçün əlində raket ehtiyatı qalmayıb”, – deyə jurnalist əlavə edib.

Qeyd edilib ki, Ukrayna “Leopard” tanklarının gətirilməsi, eləcə də yeni bombardmançı təyyarələrin alınmasından sonra əks-hücuma keçməyi planlaşdırır. 

“Rusiya ordusunun da geri çəkilmək iddiasında olmaması yaz aylarında ağır döyüşlərin olacağından xəbər verir”, – deyə M.Aslanov qeyd edib.

O da bildirilib ki, Rusiya nüvə silahından istifadəyə əl atarsa, şəhərlər və qəsəbələr yer üzündən tamamilə silinə bilər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir