Dünya

Türkiyə parlamentində deputatlar əlbəyaxa oldular

Sharing is caring!

Türkiyə Böyük Millət Məclisinin (TBMM) iclasında insident yaşanıb.

“CNN TÜRK” xəbər verir ki, deputatlar əlbəyaxa olublar.

Belə ki, Cümhuriyyət Xalq Partiyasından (CHP) olan deputat Engin Özkoçun çıxışı Ədalət və İnkişaf Partiyasından (AKP) olan həmkarlarının xoşuna gəlməyib.

AKP-li deputatların etirazından sonra iclasa fasilə verilib.

Fasilə zamanı isə AKP və CHP-dən olan deputatlar əlbəyaxa olublar.

Ankara Prokurorluğu Türkiyə Prezidentini təhqir etdiyi üçün E. Özkoçun barəsində araşdırmaya başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir