Dünya

Biznesmenləri qaçırıb zorladılar, sonra şantaj elədilər – VİDEO

Rusiyada biznesmenləri oğurlayıb zorlayan, sonra isə kompromat video ilə şantaj edərək pul tələb edən cinayətkar dəstə saxlanılıb.

Lenta.ru-nun məlumatına görə, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsinin mətbuat xidmətindən məlumat verilib.

Hazırda cinayət işi ittiham aktının təsdiqlənməsi üçün prokurorluğa göndərilib, bundan sonra materiallar mahiyyəti üzrə baxılması üçün məhkəməyə təqdim ediləcək.

İstintaqın versiyasına görə, cinayətkar qrupa 28 yaşlı Voloqda sakini rəhbərlik edib.

2018-ci ilin iyul ayında müttəhimlər 32 yaşlı bir iş adamını Çerepovets şəhərindəki mənzildə zorla saxlayaraq, bir milyon rubl müqabilində azad ediblər.

Daha sonra cinayətkarlar Voloqda şəhərindən başqa bir sahibkarı qaçırdaraq, maşınla Semenovo kəndinə aparıblar. Orada biznesmenə təcavüz edilib və bu anlar videoya çəkilib. Kadrları yaymaqla hədələyən qrup üzvləri zərərçəkəndən 1,5 milyon rubl alıblar.

2018-ci ilin dekabr ayından 2019-cu ilin yanvar ayına kimi cinayətkar dəstə üzvləri Sokol şəhərinin 23 və 26 yaşlı qadın sakinlərindən 750 min rubl tələb ediblər. Onların tələb olunan pulu verməsi üçün hər iki zərərçəkən şəhərdən kənara çıxarılıb. Orda qızlardan biri təcavüzə məruz qalıb, digəri isə iki gün ərzində pulu qaytaracağı barədə sənədə imza atıb.

Şəhərə qayıtdıqdan sonra hər iki qadın başlarına gələnlər barədə hüquq mühafizə orqanlarına məlumat verib. İstintaq zamanı şübhəlilərin kimliyi və digər zərərçəkənlər müəyyən olunub.

Artıq cinayətkar dəstənin rəhbəri və üç köməkçisi həbs olunub, qrupun digər iki üzvü isə ev həbsinə salınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir