Dünya

Azyaşlının səxavəti insanları kövrəltdi: “Başqalarına da qismət olsun” – VİDEO

Sharing is caring!

Türkiyənin Hatay vilayətinin Bektaşlı kəndinin azyaşlı sakinlərinin davranışı insanları təsirləndirib.

Belə ki, könüllülər zəlzələ nəticəsində zərər çəkmiş ailələrin uşaqlarına şokolad və oyuncaqlar paylayıblar.

Bu zaman balacalar könüllülərdən xahiş ediblər ki, şokolad və digər hədiyyələr elə paylanılsın ki, onların həmyaşıdlarına da çatsın.

Könüllülərdən biri həmin anı öz telefonunun kamerası ilə çəkərək sosial şəbəkələrdə paylaşıb.

Videoya tamaşa edənlər azyaşlıların bu səxavətindən kövrəldiklərini qeyd ediblər.

Mənbə: Anadolu

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir