Dünya

Türk ordusu işə qarışdı: Zəlzələ bölgəsinə yardım daşıyan yük maşınlarını qarət edən dəstə saxlanıldı – VİDEO

Sharing is caring!

Türkiyədə zəlzələ bölgəsinə yardım daşıyan yük maşınlarını yollarda saxlayaraq onları qarət edən şəxslər saxlanılıblar.

Cinayətkarların saxlanılması istiqamətində aparılan əməliyyatı Türkiyə ordusunun hərbçiləri həyata keçiriblər.

Qeyd edək ki, son bir neçə gündə Türkiyədə zəlzələnin baş verdiyi ərazidəki müvəqqəti qarışıqlıqdan istifadə edən fürsətcil adamlar talan və qarətlə məşğul olurlar. Onların əksəriyyəti tapılaraq cinayət məsuliyyətinə cəlb olunur.

Mənbə: İHA

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir