Dünya

Aparıcı dəniz dövlətlərinin HDQ-nin reytinqi dərc olundu – TOP 12

Sharing is caring!

“Navy-korabel” bloqu 2019-cu ilin aparıcı dəniz dövlətlərinin reytinqini tərtib edib.

“LiveJournal” bildirir ki, ilk beşlikdə ABŞ, Çin, Rusiya, Yaponiya və Böyük Britaniya yer alıb.

Ötən ilin nəticələrinə əsasən, aparıcı dəniz dövlətlərinin Top 12-liyinə, həmçinin Hindistan, Fransa, Cənubi Koreya, İtaliya, Avstraliya, İspaniya və Türkiyə düşüb. Lakin bir il öncə reytinqdə olan Braziliya siyahıdan kənarda qalıb.

“Navy-korabel”in reytinqi ölkələrin Hərbi-Dəniz Qüvvələrinin (HDQ) əsas sinif döyüş gəmilərinin ümumi tam tonnajına görə müqayisəsinə əsaslanır.