Dünya

Azərbaycan xilasediciləri Türkiyədə sağ olduğu ehtimal edilən şəxsi dağıntılar altından çıxarmağa çalışırlar

Sharing is caring!

Azərbaycan xilasediciləri Türkiyədə sağ olduğu ehtimal edilən şəxsi dağıntılar altından çıxarmağa çalışırlar.

“Report”un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri axtarış-xilasetmə zamanı Heydər Əliyev prospektindəki binaların birində dağıntılar altından bir nəfərin səsinin gəldiyini ehtimal ediblər.

Hazırda onun xilas edilməsi istiqamətində iş aparılır.

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən FHN-in bir qrup əməkdaşı Kahramanmaraş şəhərində dağıntılar altında qaldığı ehtimal edilən şəxsin çıxarılması istiqamətində işləri davam etdirir.

Qeyd edək ki, indiyədək Azərbaycan FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş şəhəri ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 3-ü uşaq olmaqla 16 nəfəri sağ, 29 nəfərin isə meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir