Dünya

Xilasedicilərimiz riskli ərazilərdə – VİDEO

Sharing is caring!

Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarında Fövqəladə Hallar Nazirliyinin əməkdaşları fəal iştirak edirlər.

Baku TV xəbər verir ki, Azərbaycan xilasediciləri hazırda riskli ərazilərdə dağıntılar altında qalan 16 nəfəri sağ çıxarıblar.

Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda 7,7 və Elbistan ərazisində baş verən 7,6 bal gücündə iki zəlzələ nəticəsində 5 894 nəfər həyatını itirib, 34 810 nəfər yaralanıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir