Dünya

Avstraliyada “Boeing” təyyarəsi qəzaya uğrayıb – VİDEO

Sharing is caring!

Qərbi Avstraliyadakı “Fidcerald River” Milli Parkında “Coulson Group”a məxsus “Boeing 737 Fireliner” təyyarəsi qəzaya uğrayıb.

Gecə saatlarında təyyarə meşə yanğınını söndürmək üçün havaya qalxıb.

Qəza zamanı təyyarədə iki pilot olub. Yerli təcili yardım nümayəndəsinin sözlərinə görə, onların hər ikisi ciddi xəsarət almayıb.

Bildirilir ki, bu, meşə yanğını ilə mübarizə apararkən qəzaya uğrayan ilk “Coulson” təyyarəsi deyil. Bir neçə il əvvəl eyni şirkətin “Hercules” təyyarəsi Yeni Cənubi Uelsdə analoji aqibətlə üzləşmişdi.

Mənbə: RenTV

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir