Dünya

Ukraynanın axtarış-xilasetmə qrupu Türkiyəyə yardıma gedib

Sharing is caring!

Prezident Volodimir Zelenski Prezident Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanın Ukraynanın axtarış-xilasetmə qrupunun Türkiyə xalqına kömək etmək üçün yola düşdüyünü və lazımi avadanlıqların göndərildiyini söyləyib.

Bu barədə “Report”un Şərqi Avropa bürosuna Ukrayna Prezident Ofisinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Ukraynanın dövlət başçısı türkiyəli həmkarına dəhşətli zəlzələ hadisəsi ilə əlaqədar başsağlığı verib.

Vurğulanıb ki, Zelenski zəlzələ nəticəsində ölkədə baş vermiş fövqəladə vəziyyətin nəticələrinin aradan qaldırılmasına kömək etmək məqsədilə Türkiyəyə humanitar yardım göstərmək qərarına gəldiyini türkiyəli həmkarına çatdırıb: “Ukraynalı mütəxəssislər təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında müvafiq təcrübəyə malikdirlər və ən qısa müddətdə zərər çəkmiş rayonlara çatacaqlar. Onlar zəlzələnin nəticələrinin aradan qaldırılması üçün bütün işlərə kömək edəcəklər”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir