Dünya

Somalidə iğtişaşlar: 30-dan çox ölü, 40-dan çox yaralı var

Sharing is caring!

Somalinin Somaliland əyalətində son 24 saat ərzində baş verən qarşıdurmalarda ən azı 34 nəfər həlak olub.

Bu barədə bazar ertəsi Las Anod şəhərindəki dövlət xəstəxanasının həkimlərinə istinadən məlumat yayılıb.

Məlumata görə, şəhərdə hökumət əleyhinə yaraqlılarla regional asayiş qüvvələri arasında atışmalar başlayıb. Ən azı 40 nəfər yaralanıb.

Toqquşmalar müxalifətin ştatda dərhal administrasiya rəhbəri seçkilərinin keçirilməsi tələbi kontekstində baş verir.

Qeyd edək ki, Somaliland dünya birliyi tərəfindən Somalinin bir hissəsi kimi tanınır. Lakin Somaliland Respublikasının hakimiyyət orqanları 1991-ci ilin yazında birtərəfli qaydada dövlət suverenliyini elan ediblər.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir