Dünya

Çilidə meşə yanğınları: Azı 24 nəfər ölüb, min nəfər yaralanıb – VİDEO

Sharing is caring!

Çilidə son illərin ən dəhşətli təbii fəlakətlərindən biri baş verib. Ölkənin üç rayonunda meşə yanğınları tüğyan edir.

Təbii fəlakət nəticəsində ən azı 24 nəfər ölüb, minə yaxın insan yaralanıb. Onlardan 25-dən çoxunun vəziyyəti ağırdır. Təxminən 1500 sakin müvəqqəti sığınacaqlara təxliyə edilib.

Yanğınlar ölkənin mərkəzi hissəsində Bio-Bio, Nyubl və Araukaniya bölgələrində 2700 kvadrat kilometr ərazini əhatə edib.

Bildirilir ki, yayın istisi yanğının söndürülməsini çətinləşdirir. Belə ki, bölgələrdə havanın temperaturu 40 dərəcədən çoxdur.

Hökumət yardım səylərini sürətləndirmək üçün ərazidə fövqəladə vəziyyət elan edib. Çili hakimiyyəti kömək üçün başqa ölkələrə də müraciət edib. İspaniya, ABŞ, Argentina, Braziliya, Ekvador və Venesuela artıq çağırışa cavab verib. Çiliyə xüsusi təyyarələr və yanğınsöndürmə mütəxəssisləri göndərilib.

Mənbə: ntdtv.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir