Dünya

Türkiyə, Rusiya və Suriya arasında üçtərəfli danışıqlar aparılacaq

Sharing is caring!

Türkiyə, Rusiya və Suriyanın hərbi nümayəndə heyətləri yaxın vaxtlarda texniki səviyyədə danışıqlar aparacaq.

Bu barədə cümə axşamı Türkiyə müdafiə naziri Hulusi Akar məlumat verib.

“Yaxın günlərdə nümayəndə heyətlərimiz texniki səviyyədə danışıqlar aparacaq. Nəticə əldə etmək üçün səy göstəririk”, – deyə nazir “Twitter” səhifəsində yazıb.

Qeyd edək ki, 2022-ci il dekabrın 28-də Moskvada Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşdırılması prosesi çərçivəsində Rusiya, Suriya və Türkiyənin müdafiə nazirləri arasında məsləhətləşmələr keçirilib. Çox güman ki, fevralın birinci yarısında üç dövlətin xarici işlər nazirlərinin görüşü keçiriləcək və gündəliyə Suriya və Türkiyə prezidentləri Bəşər Əsəd və Rəcəb Tayyib Ərdoğan arasında danışıqlar məsələsi də daxil olacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir