Dünya

Ukraynanın keçmiş daxili işlər nazirinin evində axtarış aparıldı

Sharing is caring!

Ukrayna Təhlükəsizlik Xidməti və Dövlət İstintaq Bürosu ölkənin keçmiş daxili işlər naziri Arsen Avakovun evində axtarışlar aparıb.

Axtarışların Fransanın “Airbus” helikopterlərinin alınması ilə əlaqədar olduğu bildirilir.

Bu barədə məsələni şərh edən Avakov qeyd edib ki, axtarış formal olaraq aparılıb.

“Helikopter qəzasından sonra axtarışlar bitdi. Altı il əvvəl “Airbus” müqavilələrinə baxdılar. Təbii ki, heç bir şey yoxdur. Müqavilələri hökumət və parlament təsdiqləyib”, – deyə Avakov açıqlayıb.

Mənbə: Ukrainskaya Pravda

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir