Dünya

Almaniyada poçt və logistika şirkətinin 14 minə yaxın əməkdaşı tətilə çıxdı

Sharing is caring!

Almaniyanın “Deutsche Post” poçt və logistika şirkətinin 13,8 minə yaxın işçisi maaşların artırılması tələbi ilə bütün ölkə ərazisində tətil keçirib.

Bu barədə “MarketWatch” nəşri məlumat yayıb.

Qeyd olunur ki, tətili Almaniyanın “Verdi” həmkarlar ittifaqı təşkil edib. Onlar “Deutsche Post”un 160 minə yaxın əməkdaşının maaşının təqribən 15% artırılmasını tələb edir.

“Deutsche Post”dan isə həmkarlar ittifaqı ilə danışıqların növbəti mərhələsinin fevralın 8 və 9-na planlaşdırıldığı razılaşdırıldıqdan sonra belə addım atılmasının yersiz və əsassız olduğu açıqlaması gəlib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir