Dünya

Pikedən Şakiraya yeni cavab: İlk dəfə yeni sevgilisi ilə bağlı paylaşım etdi – FOTO

Sharing is caring!

“Barselona” klubunun və İspaniya millisinin keçmiş müdafiəçisi, hazırda media-investisiya və idman şirkətinin prezidenti Jerar Pike məşhur müğənni Şakiradan ayrılandan sonra ilk dəfə sevgilisi, ispan model Klara Çia Marti ilə fotosunu dərc edib.

Bir çoxları bunu Pikenin Şakiranın mahnısına yeni cavabı kimi qiymətləndiriblər.

Xatırladaq ki, yanvarın 12-də müğənni keçmiş ərinə həsr etdiyi yeni bəstəsini təqdim edib. Mahnı, sadəcə, bir trek deyil, həm də tam bir “diss”dir (başqa birinə qarşı söz hücumu – red.) – mətn Pike və onun yeni sevgilisi haqqında şok sətirlərlə doludur.

Bundan sonra Pike mahnıdakı “Sən “Ferrari”ni “Twingo”ya, “Rolex”i “Casio”ya dəyişdin” bəndinə iki dəfə ayrı-ayrılıqda cavab verib.

Ulduz cütlük 2022-ci ilin yayında futbolçunun xəyanətindən sonra ayrılıb. Onların iki övladı var: Milan və Saşa. 35 yaşlı ispaniyalı 2022-ci ilin noyabrında peşəkar futboldan ayrılacağını açıqlayıb.

Mənbə: Sports.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir