Dünya

“Baykar” iki “Bayraktar”ı Ukraynaya təmənnasız bağışlayıb

Sharing is caring!

Ukrayna Türkiyənin “Baykar” müdafiə şirkətindən iki ədəd “Bayraktar TB2” pilotsuz uçuş aparatı alıb.

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi xəbər verib.

Qeyd olunur ki, “Baykar” Ukrayna Silahlı Qüvvələrinə və Ukrayna xalqına  işğalçılardan qorunmaq üçün dronları pulsuz təhvil verib.

“Dövlətimizin ən çətin anlarında barışmaz mövqeyi və daimi dəstəyinə görə “Baykar”a sonsuz minnətdarıq”, – Baş Kəşfiyyat İdarəsindən bildirilib.

Mənbə: rbc.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir