Dünya

Lebron Ceyms ABŞ-də yeni rekorda imza atıb

Sharing is caring!

ABŞ-nin “Los-Anceles Leykers” klubunun basketbolçusu Lebron Ceyms Milli Basketbol Assosiasiyasının (MBA) tarixinə düşüb.

“Report”un məlumatına görə, 39 yaşlı idmançı buna “Los-Anceles Klippers”ə 115:133 hesabı ilə uduzduqları oyunda yiyələnib.

Ceyms bu qarşılaşmada 46 xal toplayıb.

Beləliklə, təcrübəli basketbolçu MBA komandalarının hamısına qarşı matçlarda ən azı 40 xal toplayan ilk oyunçu olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir