Dünya

ABŞ-də rusiyalı oliqarxla əlbir olan keçmiş FTB agenti həbs edilib

Sharing is caring!

Amerika Birləşmiş Ştatlarında Federal Təhqiqatlar Bürosunun (FTB) Əks-kəşfiyyat şöbəsinin keçmiş xüsusi agenti Çarlz Makqoniqal həbs edilib.

O, 2018-ci ildən Vaşinqtonun sanksiyaları altında olan rusiyalı iş adamı Oleq Deripaska ilə əməkdaşlıq etdiyi üçün saxlanılıb.

Bu barədə ABŞ Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

İstefada olan 54 yaşlı zabit, həmçinin bir neçə gün öncə saxlanılan 69 yaşlı keçmiş rusiyalı diplomat Sergey Şestakov Deripaska ilə əlbir olmaqda şübhəli bilinir. Onlar beynəlxalq fövqəladə iqtisadi səlahiyyətlər haqqında qanunu pozmaqda, habelə çirkli pulların yuyulmasında ittiham edilirlər.

İstintaq nəticələrinə görə, bu iki şəxs 2019-cu ildə ABŞ-nin oliqarxa qarşı sanksiyalarının ləğvi üçün çalışıb, lakin buna nail ola bilməyiblər.

Şestakov, həmçinin 2021-ci ildə Deripaskanın sanksiyalardan azad edilməsi ilə bağlı FTB-yə yalan ifadə verməkdə də ittiham olunub.

Hər iki şübhəlini 20 ilə qədər həbs cəzası gözləyir.

Mənbə: Zn.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir