Dünya

Zelenski Rus Pravoslav Kilsəsinin 22 nümayəndəsinə qarşı sanksiya tətbiq etdi

Sharing is caring!

Ukrayna Prezidenti Volodimir Zelenski Rus Pravoslav Kilsəsinin 22 nümayəndəsinə qarşı sanksiyaların tətbiq edildiyi barədə fərman imzalayıb.

Sənədin mətni dövlət başçısının saytında dərc olunub.

Məhdudiyyətlərə məruz qalan şəxslər siyahısına xüsusilə Budapeşt və Macarıstanın mitropoliti İllarion (Alfeyev), kilsənin cəmiyyət və KİV-lə əlaqələr üzrə sinodal şöbəsinin rəis müavini Vaxtanq Kipşidze, Moskva və Bütün Rusiya Patriarxı Kirillin müşaviri Nikolay Balaşov, Vladimir və Suzdal mitropoliti Tixon (Emelyanov) və başqaları daxil ediliblər.

Sanksiyalar hesabların bloklanması, iqtisadi və maliyyə öhdəliklərinin icrasının dayandırılması, mədəni mübadilələrin və əməkdaşlığın dayandırılması, Ukraynanın dövlət mükafatlarından məhrum edilməsi və s. nəzərdə tutur. Bu məhdudiyyətlər altı nəfər barəsində 30 il müddətinə, qalanlarına isə beş il müddətinə tətbiq edilib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir