Dünya

Türkiyədə hər kəsi göz yaşlarına boğan görüntülər – Ana və qızı xilas edildi – VİDEO

Sharing is caring!

Türkiyənin Elazığ şəhərində baş verən 6,8 bal gücündə zəlzələdən sonra axtarış-xilasetmə işləri davam edir.

 Turkustan.info Türkiyə KİV-inə istinadla xəbər verir ki, 24 saatdan sonra yeni bir möcüzə baş verib.

Jandarma qrupları 2,5 yaşlı Yüsranı dağıntıların altından sağ çıxara bilib. Sözügedən anlar kamera vasitəsi ilə qeydə alınıb.

2,5 yaşlı qızı dağıntılar altından çıxardıqdan sonra təcili tibbi yardım avtomobili vasitəsi ilə xəstəxanaya aparıblar.

Uzun axtarışlardan sonra balaca Yüsranın anası da dağıntılar arasından sağ çıxarılıb.

Kameraya düşən xilasetmə anı sosial şəbəkələrdə sürətlə yayılıb. İnsanlar bu mənzərəyə çox təsirlənib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir