Dünya

Mərakeş Ukraynaya “T-72B” tanklarını təhvil verib – FOTO

Sharing is caring!

Mərakeş Krallığı Çex Respublikasında təkmilləşdirilən “T-72B” tanklarını Ukraynaya təhvil verib.

Məlumata görə, bir həftə əvvəl Çexiya Ukraynaya 20-yə yaxın “T-72” göndərib. Ölkənin Baş naziri Petr Fialanın tanklara imza atdığı zaman onlardan bəzilərinin fotoları çəkilib.

Kadra həmçinin xarakterik qum rəngində olan Mərakeş tankları da düşüb.

Mərakeşə məxsus neçə tankın təkmilləşdirildiyi və Ukraynaya təhvil verildiyi açıqlanmır. Bununla belə, krallığın arsenalında bir neçə modifikasiyalı 300-ə yaxın “T-72” tankının olduğu məlumdur. Onlar 1999 və 2000-ci illərdə Belarusdan iki partiyada alınıb.

Qeyd edilir ki, Mərakeş 2022-ci ilin aprel ayının sonunda Ramştayn sammiti zamanı bu tankların Ukraynaya təhvil verilməsinə razılıq verib. Həmin vaxt ABŞ Ukraynaya silahla kömək etməyə razı olan ölkələrin itkilərini kompensasiya edəcəyinə söz vermişdi.

Ekspertlər hesab edirlər ki, Mərakeş Ukraynaya verilən “T-72”lərin müqabilində “Abrams” tankları ala bilər.

Mənbə: Menadefense

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir