Dünya

İstanbula uçan təyyarə Təbrizə qəza enişi edib

Sharing is caring!

“Qeshm Air” aviaşirkətinə məxsus təyyarə Təbrizdə təcili eniş edib.

APA-nın Tehran bürosunun məlumatına görə, Qeşmdən İstanbula uçan təyyarədə sərnişinin halı pisləşib. Onun həyatını xilas etmək üçün gəmi komandiri Təbrizə təcili eniş edib.

Ürək çatışmazlığından əziyyət çəkən sərnişin xəstəxanaya yerləşdirilib və vəziyyəti qənaətbəxşdir. Təyyarə Təbriz aeroportunda qısa yoxlamadan sonra İstanbula yola salınıb.

Qeyd edək ki, Qeşm İranın eyni adlı adasında yerləşən şəhərdir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir