Dünya

“Vaqner”in yüksək rütbəli komandiri Norveçə qaçaraq sığınacaq istəyib

Sharing is caring!

Norveç hakimiyyəti özünü “Vaqner” hərbi dəstəsinin keçmiş yüksək rütbəli üzvü kimi təqdim edən Rusiya vətəndaşından sığınacaq sorğusu alıb.

Məlumata görə, Norveç miqrasiya departamenti həmiin şəxsin Andrey Medvedev olduğunu bildirib. Bu adın onun əsl adı olub-olmadığı məlum deyil.

Norveç tərəfi təhlükəsizliklə bağlı narahatlığı əsas gətirərək başqa təfərrüatları açıqlamağa razı olmayıb.

Vəkil Bryunulf ​​Risnes, öz növbəsində, Medvedyevin hazırda Norveçdə, Osloda, miqrasiya qanunlarını pozanlar üçün mərkəzdə olduğunu və sığınacaq məsələsində maraqlarını təmsil edəcəyini söyləyib.

Norveç immiqrasiya polisi isə Medvedevin keçən həftə Rusiyadan ölkə ərazisinə qanunsuz daxil olduğunu bildirib. O, qarda ayaq izlərini görən sərhədçilər tərəfindən saxlanılıb. Medvedev heç bir müqavimət göstərməyib və iyulun 6-da “Vaqner”dən qaçdığını, indi isə Norveçdən sığınacaq istədiyini bildirib.

Mənbə: mk.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir