Dünya

Rusiya və İran XİN rəhbərlərinin görüşü təxirə salındı

Sharing is caring!

Yanvarın 17-də Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında keçirilməsi nəzərdə tutulan danışıqlar tərəflərin razılığı ilə daha sonrakı tarixə təxirə salınıb.

Bu barədə bazar ertəsi Rusiya diplomatik qurumundan məlumat verilib.

“Tərəflərin qarşılıqlı razılığı ilə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov və İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında yanvarın 17-nə planlaşdırılan danışıqlar daha sonrakı tarixə təxirə salınıb”, – nazirlikdən bildirilib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir