Dünya Hadisə manset

Əfqanıstanda hücum: 25 təhlükəsizlik işçisi öldürülüb

Sharing is caring!

Əfqanıstan rəsmiləri şənbə günü bildirib ki, Taliban üzvləri şərqdə yerləşən Qazni vilayətində azı 25 təhlükəsizlik qüvvəsini öldürüb.

Təhlükəsizlik qüvvələrinin arasına sızan yeddi təhlükəsizlik işçisi cümə günü gecə saatlarında hərbi bazada digər əsgərlərə atəş açıb.

Xeberal.az “Amerikanın səsi”nə istinadən bildirir ki, rayon sədri Qulam Həbib Zerak Amerikanın Səsinə bildirib ki, hücumçular bazadan silahlar və bir hərbi maşını oğurlayaraq qaçıb, ərazidəki qiyamçılara qoşulublar. O deyib ki, hadisə zamanı azı iki əfqan əsgər yaralanıb.

Taliban yaydığı bəyanatda hücumun 32 təhlükəsizlik işçisinin ölümü ilə nəticələndiyini və döyüşçülərinin bazanı ələ keçirdiyini bildirir. Talibanın iddiaları adətən şişirdilmiş olur.

Bu həftənin əvvəli Talibanla əlaqəsi olduğu iddia olunan əfqanıstanlı polis cənubi Zabul vilayətinin Şəhr-e-Səfa rayonunda postda yeddi zabiti öldürüb. Yerli rəsmilər hücum edən şəxsin öldürülən polis zabitlərinin silahlarını alaraq yenidən qiymaçılara qoşulduğunu bildirib.

Əfqanıstan təhlükəsizlik qüvvələrinin məlumatına görə, bu il 50-dən çox qiyamçı hücumuna məruz qalıb və onlarla işçisi öldürülüb.

Qaznidə aylardır Əfqanıstan qüvvələri ilə Taliban arasında ağır döyüşlər gedir. Qiyamçı qrup vilayətdəki bir çox rayona nəzarət edir.

Cümə günü vilayətin paytaxtında avtobusun yol kənarına yerləşdirilmiş bombaya dəyib parltaması nəticəsində azı 10 mülki vətəndaş ölüb, altısı yaralanıb.

Həmin hücumun məsuliyyətini üzərinə alan olmasa da, Əfqanıstan rəsmiləri bombanın Talibanın yerləşdirdiyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir