Dünya

Nəsli kəslilməkdə olan heyvanın buynuzlarını satan qazaxıstanlı saxlanıldı – FOTO

Sharing is caring!

Qazaxıstan polisi buynuz qaçaqmalçılığının qarşını alıb.

Hadisə Qazaxıstanın Almatı vilayətinin Taldıkorqan ərazisində baş verib.

Şübhəli şəxs qismində saxlanılan Qazaxıstan vətəndaşı nəsli kəsilməkdə olan sayqakların buynuzlarını satmağa çalışıb.

Onun idman çantalarından 222 sayqak buynuzu müsadirə edilib. Faktla bağlı cinayət işi açılıb.

Məlumat üçün qeyd edək ki, sayqak Qazaxstan, Özbəkistan, Türkmənistan, Rusiya və Monqolustanda yaşayan cütdırnaqlı bir heyvandır. Məhv olma həddində olan sayqak qanunla qorunur.

Mənbə: Sputnik Qazaxıstan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir