Dünya

“Caliber”: “Hər şey elə indi başlayır” – VİDEO

Sharing is caring!

“Bizim aktivistlər artıq bir aya yaxındır ki, Laçın yolunda dayanıblar. Erməni diasporu isə bütün dünyada mitinq və yürüşlər təşkil edəcəkləri ilə bağlı elan verir. Beynəlxalq təşkilatlar isə yolun açılmasına çağırışlar edir. Bu məsələyə anlayışla yanaşırıq, onların işi bundan ibarətdir. Lakin Yeni ildə Xankəndidən paylaşılan fotolar heç də humanitar böhranı əks etdirmir”.

Bu barədə “Caliber” hərbi-analitik layihəsinin yeni buraxılışında deyilir.

Müəllif qeyd edir ki, bütün kənar səs-küyə rəğmən Azərbaycan qarşısına qoyduğu məsələləri həll edir və əsas məsələ də budur.

“Artıq üç həftədən çoxdur ki, Qarabağın təbii sərvətlərinin talan edilməsi dayandırılıb. Separatçılara çatdırılan maliyyə və hərbi dəstək məhdudlaşdırılıb. Ekoloji monitorinqə şərait yaradılmayınca aksiyalar davam edəcək. Monitorinqdən sonra isə biz mütləq başqa bir şey fikirləşəcəyik”, – süjetdə deyilir.

Daha ətraflı videomaterialda:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir