Dünya Manşetüstü

Çin ABŞ-a sanksiya tətbiq etdi

Sharing is caring!

Çin ABŞ-da Honkonqla bağlı qanunun qəbulundan sonra bir sıra Amerika qeyri-hökumət təşkilatlarına sanksiya tətbiq etmək qərarına gəlib.

XəbərAl.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Xua Çunin məlumat verib.

Xanım diplomat qeyd edib ki, ABŞ Çinin etirazına məhəl qoymadan beynəlxalq hüququn və beynəlxalq münasibətlərin əsas normalarının ciddi pozuntusuna səbəb olan qanun qəbul edib. O, həmçinin qeyd edib ki, söhbət Çinin daxili işlərinə müdaxilədən gedir:

“Pekin bununla bağlı ən sərt etirazını bildirdi. Buna cavab olaraq Çin ABŞ-ın bir sıra qeyri-hökumət təşkilatlarına, o cümlədən NDI, Human Rights Watch, Freedom House-a qarşı sanksiya tətbiq etmək qərarına gəldi”.

Noyabrın sonlarında ABŞ lideri Donald Tramp Honkonqda demokratiya və insan haqları ilə bağlı qanun imzalayıb. Tramp bu qanunu ÇXR sədri Si Cinpinə, Çin və Honkonq xalqına hörmətlə imzaladığını qeyd edib.

Daha sonra Çin Xarici İşlər Nazirliyi ABŞ-ın Pekindəki səfiri Terri Branstedi nazirliyə çağıraraq ona qanunun imzalanması ilə əlaqədar etirazını bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir