Dünya

NATO Baş katibi Yens Stoltenberq Nobel Sülh Mükafatına namizəd göstərildi

Sharing is caring!

Norveç Parlamentinin deputatı Kristian Tübrinq-Gedde NATO-nun Baş katibi Yens Stoltenberqin Nobel Sülh Mükafatına namizədliyini irəli sürüb.

Bu barədə deputat öz “Facebook” səhifəsində məlumat verib.

“Bu gün mən baş katib Yens Stoltenberqin Nobel Sülh Mükafatına namizədliyini irəli sürdüm. Stoltenberq Alyans üçün çətin bir zamanda NATO-nun baş katibi kimi gözəl işinə görə bu mükafata layiqdir”, – deyə Tübrinq-Gedde qeyd edib.

Norveçli deputat Stoltenberqin NATO tərəfindən Ukraynaya dəstəyin təmin edilməsində rolunun vacibliyini vurğulayıb.

O, həmçinin Stoltenberqi “NATO-ya üzv ölkələr arasında ən mühüm əlaqə” adlandırıb. Deputat qeyd edib ki, Stoltenberq İsveç və Finlandiyanın alyansa üzv olmasına da öz töhfəsini verib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir