Dünya

ABŞ Nümayəndələr Palatasına 15-ci cəhddə yeni spiker seçildi

Sharing is caring!

Respublikaçı Kevin Makkarti 15-ci cəhddən sonra ABŞ Nümayəndələr Palatasının spikeri seçilib.

Səsvermə ABŞ telekanalları vasitəsilə canlı yayımlanıb.

K.Makkarti 216 səs toplayıb. O, səsvermədə əsas rəqibi, demokrat Hakim Cefrisi üstələyib.

Qeyd edək ki, buna qədər Nümayəndələr Palatasının spikeri vəzifəsini Nensi Pelosi daşıyıb. Bu vəzifə ABŞ dövlətində əhəmiyyətinə görə üçüncü sayılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir