Dünya

Populyar serialın yayımı “Netflix”dən “Amazon”a keçə bilər

Sharing is caring!

“Wednesday” serialı ötən il “Amazon”la birləşmə əməliyyatını tamamlayan “Metro-Goldwyn-Mayer” şirkətinə məxsusdur. Bu, pərəstişkarları serialın növbəti mövsümünün “Netflix”də deyil, “Amazon Prime Video” platformasında yayımlana biləcəyi ehtimalını irəli sürməyə vadar edib.

Qeyd olunub ki, “Netflix” hələ ikinci mövsüm üçün müqaviləni rəsmi olaraq yeniləməyib. Lakin eyni zamanda, yayım platforması və MGM-nin “Wednesday”in ikinci mövsümü üçün əvvəlcədən razılaşdığı bildirilir.

Bundan əlavə, serialın prodüserləri artıq növbəti mövsüm üçün çəkiliş yerləri və ssenari müəllifləri axtarırlar.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir