Dünya

Livan qaranlığa qərq oldu

Sharing is caring!

Livanda iki ən böyük elektrik stansiyası yanacaq çatışmazlığı səbəbindən işlək vəziyyətdə olmadığı üçün çərşənbə günü ölkədə böyük elektrik kəsintisi yaşanıb.

Məlumata görə, ölkənin şimalında Deyr Əmmardakı və cənubunda Əl-Zəhranidəki istilik elektrik stansiyası öz turbinlərini dayandırmağa məcbur olub.

Bildirilib ki, fövqəladə hadisə İraqdan mazut tədarükünün gecikməsi ilə əlaqədardır. Belə ki, dekabr ayında Tripoli limanına neft məhsulları olan bir tanker belə gəlməyib.

Bundan əlavə, Livan hakimiyyəti ABŞ və Qərbin sanksiyalarından ehtiyat edərək, İranın təklif etdiyi yardımı qəbul etməkdən çəkinib.

Qeyd olunub ki, hökumət yaxın bir neçə saat ərzində anbarlarında müəyyən miqdarda mazut olan Əz-Zuq və Ciyada əvvəllər bağlanmış iki kiçik İES-in istifadəyə verilməsi ilə bağlı qərarı təsdiqləməlidir. Bu, Livanın maksimum bir həftə qaranlığa qərq olmasının qarşısını alacaq və əsas obyektləri – su nasoslarını, kanalizasiya sistemini, Rafik Həriri Beynəlxalq Hava Limanını, dəniz limanını, Livan Dövlət Universitetini və bir neçə xəstəxananı elektriklə təmin edəcək.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir